EN

Gəncədə iki avtomobil toqquşub, yaralılar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1956-cı il təvəllüdlü Ə.Məmmədov və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
76
2
apa.az

10Sources