İran Silahlı Qüvvələrinin hərbi doktrinası müdafiə xarakterindən hücum xarakterinə dəyişib.
Bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bəyanatla çıxış edib. O, ölkənin hərbi strategiyasında köklü dəyişikliklərin edildiyini və artıq yeni mərhələyə qədəm qoyduqlarını vurğulayıb.
KONKRET.az xəbər verir ki, Əli Abdullahi döyüş taktikasının tamamilə yeniləndiyini, əməliyyatlarda ən qabaqcıl texnika və müasir silahlardan istifadə olunacağını qeyd edib. “Khabar Fouri” nəşrinin məlumatına görə, komandan ABŞ və İsrail ordularını “sürprizlərin” gözlədiyini də xüsusi olaraq diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az