EN

İsrail Livanın cənubuna artilleriya və hava zərbələri endirdi

BAKI, 22 mart. TELEQRAF

İsrail ordusu Livanın cənubunda yerləşən bir neçə yaşayış məntəqəsinə artilleriya və hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera Arabic" məlumat yayıb.

Rəsmi mənbələrin verdiyi məlumata görə, İsrail artilleriyası Livanın cənubundakı Arnum, Zavtar əş-Şərqiyə və Yahmar əş-Şaqif qəsəbələrini hədəf alıb. Mərmilərin yaşayış məntəqələrinin daxilinə və ətraf ərazilərə düşdüyü bildirilir.

Artilleriya atəşi ilə yanaşı, İsrail Hərbi Hava Qüvvələri Yahmar əş-Şaqif qəsəbəsinin kənar hissələrinə hava zərbələri endirib. Hadisə nəticəsində həlak olan və ya yaralananlar barədə hələlik rəsmi məlumat daxil olmayıb.

Chosen
64
teleqraf.com

1Sources