Övladlarımdan biri ağır və sağalmaz xəstədir.
Bizim.Media xəbər verir ki, bunu RT xəbər portalının baş redaktoru Marqarita Simonyan müsahibəsində deyib.
"Tiqran Keosayan (Əri - red.) komaya düşəndə məlum oldu ki, uşaqlarımızdan biri ağır xəstədir. Və bu xəstəliyi müalicə etmək mümkün deyil. Bu barədə danışmaq belə istəmirəm. Sadəcə bilmək istəyirəm ki, belə olmur. Bu, tam bir fəlakətdir", - Simonyan bildirib.
Qeyd edək ki, Marqarita Simonyan onkoloji xəstəliklə mübarizə aparır. (Axar.az)
Bizim.Media