EN

"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçuları klubun sabiq hücumçusu Ronaldinyonun 46 yaşını xüsusi formada qeyd ediblər.

QOL.az xəbər verir ki, kataloniyalı oyunçular La Liqanın 29-cu turu çərçivəsində "Rayo Valyekano" ilə keçirilən oyundan əvvəl meydana əfsanəvi braziliyalının adı yazılmış formalarla çıxıblar. 

Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə “Barselona”da çıxış edib, 207 oyunda 94 qol və 70 assistlə yadda qalıb. O, 2005-ci ildə “Qızıl top”u qazanıb, klubla iki dəfə La Liqa çempionu olub və Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, “Barselona” hazırda 70 xalla turnir cədvəlinə liderlik edir.

Chosen
114
1
teleqraf.com

2Sources