EN

Demokratlar ABŞ-də "rejim dəyişikliyi"nə ÇAĞIRDI

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris prezident Donald Trampı və onun Yaxın Şərq siyasətini kəskin tənqid edərək ölkədə “rejim dəyişikliyi”nə çağırıb.

Musavat.com xəbər verir ki, Ceffrisin sözlərinə görə, administrasiyanın fəaliyyəti həm ABŞ daxilində, həm də xaricdə mənfi nəticələrə yol açıb.

Demokrat lider çıxışında administrasiyanın addımlarını sərt dildə tənqid edərək bildirib:

“Donald Tramp və respublikaçı ekstremistlər Yaxın Şərqdə öz istəkləri ilə düşünülməmiş bir müharibəyə başladılar. Bunun nəticəsində benzin qiymətləri kəskin artıb, milyardlarla vəsait hədər yerə xərclənir və ölkəmiz daha az təhlükəsiz hala gəlib. Bizə Amerikada rejim dəyişikliyi lazımdır”.

Prezident Donald Tramp isə bu ittihamlara cavab olaraq Demokratlar Partiyasına qarşı ritorikasını daha da sərtləşdirib. Tramp öz bəyanatında rəqiblərini hədəf alaraq qeyd edib: “İranın süqutundan sonra Amerikanın ən böyük düşməni son dərəcə səriştəsiz solçu Demokratlar Partiyası olub!”

Musavat.com

 

Chosen
78
musavat.com

1Sources