"Fiorentina" baş məşqçi postunda dəyişiklik etmək istəyir.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Florensiya təmsilçisi Enzo Mareska ilə danışıqlar aparır.
Yanvarda qarşılıqlı razılıq əsasında “Çelsi”dən ayrılan 46 yaşlı mütəxəssis özü də “Fiorentina”da işləməyə müsbət yanaşır.
Belə ki, artıq İtaliya klubunun idman direktoru Fabio Paratiçi ilə Mareska arasında qeyri-rəsmi görüş keçirilib və klubun uzunmüddətli planı ona açıqlanıb.
Qeyd edək ki, hazırda “Fiorentina”nın baş məşqçisi Paolo Vanolidir.
saytlarin hazirlanmasi