Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.
Publika.az xəbər verir ki, XXV turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib.
Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib.
Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var.