EN

Ərdoğan helikopter qəzası haqda bunları yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında ölənlərin ailələrinə başsağlığı verib.

Turkustan.az xəbər verir ki, bu barədə o, X sosial media hesabında paylaşım edib.

“Qətərdə baş verən helikopter qəzasında Türk Silahlı Qüvvələrimizin və ASELSAN personalımızın, eləcə də Qətər Silahlı Qüvvələri mənsublarının şəhid olduğu xəbərini böyük kədərlə öyrəndim.

Bu ağır qəzada şəhid olan qəhrəman əsgərimizə, ASELSAN əməkdaşlarına, dost və qardaş Qətərin əsgərlərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı diləklərimi çatdırıram. Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun”, – deyə Ərdoğan yazıb.

Xatırladaq ki, bu gün Qətər Silahlı Qüvvələrinə məxsus helikopter ölkə sahillərində dənizə düşüb. Qəzada 1 türk əsgəri və ASELSAN şirkətinin 2 texniki işçisi həyatlarını itirib. Ümumilikdə 7 nəfər həlak olub.

Chosen
58
12
turkustan.az

10Sources