EN

Yüksək Qızlar Liqasının daha iki oyunu FIFA+ TV-də

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində Azərbaycanın qadın futbolu dünya auditoriyasına təqdim olunmağa davam edir. Qurumun bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında növbəti iki qarşılaşma FIFA+ TV platforması tərəfindən canlı yayımlanacaq.

İdman.Biz xəbər verir ki, 17-ci tur çərçivəsində martın 24-də saat 12:30-da keçiriləcək “Dirçəliş” - “Sabah” matçı və martın 25-i saat 14:00-da təşkil olunacaq “Qəbələ” - “Təhsil 8 İOEUGİM” görüşü azarkeşlər tərəfindən onlayn izlənilə biləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:
“Dirçəliş” - “Sabah”
“Qəbələ” - “Təhsil 8 İOEUGİM”

Qeyd olunan lisenziya müqaviləsi 2028-ci il sentyabrın 1-dək qüvvədədir. Bu saziş AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları, Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq və Millətlər Liqasının seçmə görüşlərini, aşağı yaş qrupları üzrə liqaları, həmçinin sənədli filmləri və müxtəlif video məzmunları əhatə edir.

İdman.Biz
Chosen
113
1
idman.biz

2Sources