EN

Sabah inamla irəliləyir və Qarabağ ı 10 xal qabaqlayır Polşa mətbuatı Lex in mümkün rəqiblərindən yazdı

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Polşa mətbuatında "Lex" çempion olarsa, Çempionlar Liqasının təsnifat mərhələsində potensial rəqiblərini müzakirə edilərkən, “Sabah”ın Misli Premyer Liqasında mümkün titul qazanmasının potensial rəqiblərin seçiminə necə təsir edə biləcəyini də qeyd ediblər.

Sportal.az xəbər verir ki, "Przeglad Sportowy" Poznan klubunun "Sabah"la qarşılaşmaq ehtimalından yazıb: 

"Lex" azarkeşləri komandalarının bu mövsüm Ekstraklasanı qazanacağı təqdirdə, çox sevinə bilərlər. UEFA klub reytinqləri üzrə ixtisaslaşmış mütəxəssislərin fikrincə, Poznan komandası son on ildə bu qədər əlverişli püşkatması olmayacaq. "Lex"(Poznan) titul qazanarsa, Çempionlar Liqasının seçmə mərhələsinin ikinci və üçüncü turlarında yer alması ehtimalı yüksəkdir.

Bütün bunlar digər Avropa liqalarında gözlənilməz nəticələrin yaranması ilə bağlıdır. Azərbaycanın "Sabah" klubu çempionluq yolunda inamla irəliləyir və 25 turdan sonra "Qarabağ"ı 10 xal qabaqlayır. Hamımız hazırkı Azərbaycan çempionunun Polşa klubları üçün bir çox problem yaratdığını xatırlayırıq".

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
2
sportal.az

3Sources