EN

Madonna 24 ildən sonra bunu edəcək

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı müğənni Madonna 24 ildən sonra yenidən aktrisalıq edəcək.

Globalinfo.az axşam.az- a istinadən xəbər verir ki, bu barədə “Entertainment Weekly” məlumat yayıb.

Sənətçi “Kino studiyası” serialının ikinci mövsümündə rol alacaq.

Qeyd edək ki, Madonna 1980–2000-ci illərdə aktiv şəkildə filmlərdə çəkilib. Onun ən məşhur rollarından biri “Evita” filmindəki “Eva Peron” obrazı olub. Film 1996-cı ildə rejissor Alan Parker tərəfindən ekranlaşdırılıb. 2002-ci ildə isə o, “Swept Away” və “Die Another Day” filmlərində rol alıb.

Xatırladaq ki, Madonna uzun müddətdir öz bioqrafik filminin ssenarisi üzərində işləyir və onu şəxsən rejissorluq etmək istəyir. 2024-cü ildə yayılan məlumata əsasən, baş rol Culia Qarnerə həvalə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
4
globalinfo.az

5Sources