İsrailin baş naziri Binyamin Netanyahu Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”
O həmçinin bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib, lakin həmin ölkələrin adlarını açıqlamayıb.