EN

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Son günlər şimal bölgəsində hava şəraiti sabit keçir. Əvvəlki günlərlə müqayisədə temperatur təxminən 10-12 dərəcə yüksəlib. Temperaturun bu cür artması dağlarda qarın əriməsinə səbəb olur. Bu isə öz növbəsində çaylarda sululuğun artması ilə nəticələnir.

Hazırda Qudyalçayın Quba şəhərindən keçən hissəsində saniyədə təxminən 2.5 kubmetr su axını qeydə alınır ki, bu da sel təhlükəsinin yarana biləcəyindən xəbər verir.

Oxu.Az xəbər verir ki, bu barədə AzTV-nin süjetində bəhs edilir.

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Təkcə Qudyalçayda deyil, digər dağ çaylarında da əvvəlki günlərlə müqayisədə sululuğun artdığı müşahidə olunur. Suyun bulanıq olması da dağlarda qarın intensiv əriməsinin göstəricisidir.

Bu vəziyyət, xüsusilə, çaykənarı yaşayış məntəqələri üçün müəyyən təhlükə yaradır. Qarşıdakı günlərdə çaylarda suyun səviyyəsinin daha da yüksələcəyi istisna edilmir. Eyni zamanda, həftə sonuna doğru yağıntılı hava şəraiti proqnozlaşdırılır ki, bu da həm yağış, həm də qar əriməsi nəticəsində sululuğun artmasına səbəb ola bilər.

Mövcud təhlükənin qarşısını almaq məqsədilə rayonlarda su-meliorasiya sistemlərinin istismarı idarələrinin ağır texnikası çaylara cəlb olunub. Hazırda sahilbərkitmə və məcranın tənzimlənməsi işləri aparılır. Bu tədbirlər suyun axınının daha çox çayın ortasına yönləndirilməsinə və sel riskinin azaldılmasına xidmət edir.

Bununla yanaşı, aidiyyəti dövlət qurumları əhaliyə, xüsusilə, çaykənarı ərazilərdə yaşayan vətəndaşlara ehtiyatlı olmağı və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
81
10
oxu.az

10Sources