EN

Qarabağ 2 Sabah 2 oyununda GƏRGİNLİK: Futbolçular oyunu tərk etdilər

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əvəzedicilər Liqasının 21-ci turunun "Qarabağ-2" - "Sabah-2" görüşündə insident yaşanıb.

Oxu.Az Sportinfo.az-a istinadla xəbər verir ki, matçın gedişində Ağdam klubunun baş məşqçisi Maksim Medvedev futbolçuları meydandan çıxarıb.

Çalışdırıcı bu addımı baş hakim Pərviz İbrahimovun qərarlarına etiraz olaraq atıb.

Hadisələr 8-ci dəqiqədə "Sabah"ın bərabərlik qolu zamanı alovlanıb.

Hücumun əvvəlində yan xətt hakimi oyundan kənar vəziyyətə görə bayrağını qaldırıb, ardınca referi fitini səsləndirib, amma fitdən sonra vurulan qol qeydə alınıb.

Davamında bir neçə dəfə hakimlər briqadası "Qarabağ"ın əleyhinə qərarlar verib.

Hadisələrin kuliminasiya nöqtəsi 43-cü dəqiqədə Sami Mmaenin qırmızı vərəqə ilə meydandan qovulması olub.

Məhz bundan sonra Maksim Medvedev sərt qərar verib, futbolçular meydanı tərk ediblər.

Oyunda uzun fasilə yaranıb.

Rəsmilər çətinliklə Medvedevi qərarından daşındırıb və yalnız bundan sonra oyun davam etdirilib.

Matça əlavə olunmuş dəqiqələrdə bu dəfə Allahverdi Rəhimov qırmızı vərəqə ilə cəzalanıb.

9 nəfərlə qalan "köhlən atlar" sonda 3:1 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
11
oxu.az

10Sources