Bakı. Trend:
İstanbulun Fatih rayonunda üçmərtəbəli yaşayış binası çöküb.
Trend xəbər verir ki, çökənbinada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanlarınolduğu ehtimal edilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.