EN

Qətərin ərazi sularında helikopter qəzası: 6 nəfər ölüb

Qahirə, 22 mart, AZƏRTAC

Qətərin ərazi sularında helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb. Bir nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Bildirilib ki, xilasetmə və axtarış əməliyyatları nəticəsində helikopterdə olan yeddi nəfərdən altısının cəsədi tapılıb. Digər şəxsin axtarışları davam edir.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Chosen
67
3
azertag.az

4Sources