EN

Borussiya yarımmüdafiəçi ilə müqaviləni uzatdı

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dortmund "Borussiya"sı yarımmüdafiəçisi Əmrə Canla müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 

Yeni sözləşməyə əsasən, yarımmüdafiəçi 2027-ci ilin yayına qədər Dortmund klubunun formasını geyinəcək.

Qeyd edək ki, 2020-ci ildə "Blekbern"dən transfer olunan 32 yaşlı futbolçu zədə səbəbindən cari mövsümdə cəmi 16 oyunda meydana çıxıb və 3 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
107
sport24.az

1Sources