Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan evində futbol oynaması ilə sosial medianın gündəminə düşüb.
İdman.Biz xəbər verir ki, türkiyəli mütəxəssis balaca oğlu ilə maraqlı futbol yarışı təşkil edib. Belə ki, baş məşqçi evin dar dəhlizində stullardan kiçik qapılar düzəldərək oğlu ilə qüvvəsini sınayıb. Bir metr eni olan uzun dəhlizdə keçirilən bu “matç” izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Görüntülərdə Arda Turanın həm məşqçi, həm də ata kimi övladı ilə səmimi və əyləncəli anları əks olunub.