EN

Azərbaycanın rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq sabahın hava proqnozu

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 22 mart, AZƏRTAC

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 16° isti olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
49
azertag.az

10Sources