EN

Gündə 1 stəkan süd insult riskini azaldır

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaponiya alimlərinin araşdırmasına görə, gündə təxminən 1 stəkan (180 qram) süd içmək insult riskini 7–10% azalda bilər.

Sherg.az xəbər verir ki, araşdırmada qeyd olunur ki, süd istehlakının az da olsa artırılması minlərlə insult halının və ölümün qarşısını ala bilər. Bu təsir südün tərkibində olan kalsium, kalium və maqnezium kimi maddələrlə əlaqələndirilir.

Mütəxəssislərə görə, bu minerallar qan damarlarını rahatladır və qan təzyiqini tənzimləyir. Süd eyni zamanda sümükləri möhkəmləndirir, əzələ kütləsini qoruyur və orqanizm üçün vacib vitamin və amin turşularını təmin edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
sherg.az

1Sources