Oman milli komandası Azərbaycanda keçiriləcək FIFA Series-2026 turnirində iştirak edə bilməyəcək.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb Yaxın Şərqdə yaranmış vəziyyətdir.
Əvvəl təsdiq edilmiş plana əsasən, yarışda Azərbaycan, Syerra Leone və Sent-Lüsiya milli komandası da çıxış etməli idi.
Martın 27-də Oman yarımfinalda Syerra Leone, Azərbaycan isə Sent-Lüsiya ilə üz-üzə gəlməli idi.
Hazırda Oman millisinin imtinasına görə FIFA Series-2026-nın Azərbaycandakı formatının necə olacağı qeyri-müəyyən olaraq qalır.
Telegram kanalımız