EN

Avropanın enerji təhlükəsizliyini təmin etməyə hazırıq

Milli.az saytına istinadən ain.az xəbər verir.

Argentina Prezidenti Xavyer Miley əmindir ki, onun ölkəsi Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin etməyə qadirdir.

Milli.Az xəbər verir ki, Miley bu barədə Budapeştdə Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edərkən danışıb.

"Argentina hazırda Avropanın enerji təhlükəsizliyinə zəmanət verməyə qadirdir. Biz enerji investisiyaları sahəsində əsl "qızıl hərisliyi" görürük. Təsəvvür edin ki, 2030-cu ilə qədər enerji daşıyıcıları ixracımızın həcmi ildə 30 milyard dolları ötəcək", - o bildirib.

Miley hesab edir ki, Argentina Avropa ölkələri üçün etibarlı enerji tərəfdaşı rolunda çıxış etmək üçün kifayət qədər neft və təbii qaz ehtiyatlarına malikdir.

2025-ci ilin dekabrında Argentinanın "Southern Energy" şirkəti Almaniyanın SEFE ("Securing Energy for Europe") dövlət qurumu ilə Avropa bazarına mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü barədə ilk irimiqyaslı saziş imzalayıb. Müqavilənin şərtləri səkkiz il ərzində Avropaya 2 milyon ton MTQ göndərilməsini nəzərdə tutur ki, bu da Argentina iqtisadiyyatına 7 milyard dollar məbləğində daxilolmalar təmin etməlidir.  /"Report"

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
4
news.milli.az

5Sources