EN

Sudanda xəstəxana vuruldu: Azı 13 uşaq həlak oldu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Sudanın cənubunda, Şərqi Darfur əyalətinin paytaxtı Əl-Deyn şəhərində yerləşən mərkəzi xəstəxanaya edilən hücum nəticəsində azı 64 nəfər həyatını itirib. Onlardan 13-ü uşaqdır.

Oxu.Az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı daha 89 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Sudanda vətəndaş müharibəsi dövründə səhiyyə müəssisələrinə edilən hücumlar nəticəsində həlak olanların ümumi sayı iki mini keçib. Təxminən üç illik münaqişə ərzində ÜST səhiyyə müəssisələrinə edilən 213 hücum nəticəsində 2 036 nəfərin həlak olduğunu təsdiqləyib. Əl-Deyndəki hücum da bu statistikaya daxildir", - deyə təşkilatın rəhbəri yazıb.

O qeyd edib ki, səhiyyə müəssisələrinə edilən hücumlar nəticəsində ümumilikdə 720-dən çox insan xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
130
oxu.az

1Sources