EN

Davamlı smartfon bildirişləri bunlara səbəb olur Mütəxəssislər XƏBƏRDARLIQ

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

Smartfonlardan gələn davamlı bildirişlər zərərsiz görünsə də, mütəxəssislər bunun insan sağlamlığı üçün ciddi risklər yarada biləcəyini bildirir.

AZXEBER.COM türkiyə mətbuatına istinadən xəbər verir ki, hər gələn bildiriş beyin tərəfindən "təcili siqnal” kimi qəbul olunur. Bu isə orqanizmdə stress reaksiyasını aktivləşdirir və nəticədə bədəndə gərginlik artır. Davamlı bildiriş axını insanın daim diqqətli və gərgin vəziyyətdə qalmasına səbəb olur.  

Mütəxəssislər qeyd edir ki, bu vəziyyət uzun müddət davam etdikdə sinir sistemi yorulur, diqqət dağınıqlığı yaranır və məhsuldarlıq azalır. Eyni zamanda, tez-tez telefona baxmaq vərdişi psixoloji asılılıq formalaşdıraraq gündəlik həyat keyfiyyətini aşağı sala bilər.

Araşdırmalara əsasən, xüsusilə gecə saatlarında gələn bildirişlər yuxu rejiminə mənfi təsir edir. Telefon ekranından gələn işıq və bildiriş gözləntisi yuxuya getməyi çətinləşdirir, bu da yorğunluq və digər sağlamlıq problemlərinə səbəb olur.

Bəzi hallarda isə bu vərdişin daha ciddi nəticələr doğura biləcəyi vurğulanır. Daimi stress və yuxusuzluq ürək-damar sistemi, psixoloji vəziyyət və ümumi sağlamlıq üçün risk faktoruna çevrilə bilər.

Mütəxəssislərin tövsiyələri:

-Lazımsız tətbiqlərin bildirişlərini söndürün

-Telefonu müəyyən fasilələrlə yoxlayın

-Gecə saatlarında "səssiz rejim”dən istifadə edin

-Yatmazdan əvvəl telefondan uzaq durun

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
azxeber.com

1Sources