Böyük Britaniya ABŞ-a Kiprdəki aviabazadan İrana zərbələr üçün istifadə etməyə icazə verməyəcək.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytı məlumat yayıb.
Məlumata görə, Baş nazir Kir Starmer bu mövqeni Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşündə bildirib.
“Aviabaza Akrotiri ABŞ-la kollektiv özünümüdafiə çərçivəsində, o cümlədən İranın raket imkanlarının azaldılması məqsədilə istifadə olunmayacaq”, – deyə açıqlamada qeyd olunub.
"Cebheinfo.az"