EN

“Berlin, Paris və Roma birbaşa təhlükə zonasındadır” - Tramp haqlı çıxır

İran İslam Respublikası Hind okeanında yerləşən ABŞ-Böyük Britaniyaya məxsus əsas hərbi baza olan Dieqo Qarsiyaya doğru iki ədəd orta mənzilli ballistik raket buraxmaqla ABŞ-a qarşı hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib.

Fox News-un məlumatına görə, İrandan təxminən 2,500 mil məsafədə yerləşən Dieqo Qarsiyanın hədəfə alınması Tehranın raket imkanlarının əvvəllər qəbul edilən hədləri aşdığını göstərir.

Fevralın 28-də keçirilən “Operation Epic Fury” əməliyyatından əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi belə demişdi: “Biz qəsdən raketlərimizin mənzilini 2,000 kilometrdən aşağı saxlamışıq ki, bu imkanımız olmasın. Biz bunu etmək istəmirik, çünki ABŞ xalqına və bütün avropalılara qarşı düşmənçiliyimiz yoxdur.”

Chosen
53
3
aznews.az

10Sources