EN

Fərda Amin: "Mən insanları bazarda işləyərkən tanımağa başladım"

"Mən insanları bazarda işləyərkən tanımağa başladım".

Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan aktyor Fərda Amin deyib.

Onun sözlərinə görə, bazar mühiti real həyat mübarizəsinin kiçik bir modelidir:

"Orada bir-iki manat üçün gedən savaşın içində olmaq hər şeyi daha çılpaq görməyə kömək edirdi. İndi səhnədə alqış qazandıqca anlayıram ki, yaşadığım o ağrı-acılar təsadüfi deyilmiş. Bütün bunlar bu gün öz hekayələrimi gülərək danışmağım üçün bir hazırlıq imiş".

Aktyor, həmçinin daxili dünyası ilə barışdığını vurğulayıb:

"35 yaşımdan sonra düşüncələrimlə dostluq etməyə başladım. Anladım ki, qarşıma çıxan hər bir hadisə mənə nəsə öyrətmək istəyir. İnsan həyatın ona anlatdıqlarını dərk etdikcə böyüyür. Əks halda, reallıqdan qaçdıqca o səni qovalayır".

Chosen
79
3
far.az

4Sources