EN

Sudanda xəstəxanaya hücum edilib, ölənlər var

Bakı. Trend:

Sudanın cənub hissəsində, Şərqi Darfur vilayətinin mərkəzisayılan Əl-Deyn şəhərində yerləşən xəstəxanaya hücum nəticəsində,aralarında 13 uşağın da olduğu azı 64 nəfər ölüb.

Trend xəbər verir ki, bubarədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros AdanomQebreyesus “X” sosial platformasında paylaşım edib.

Onun bildirdiyinə görə, insident zamanı daha 89 nəfər müxtəlifdərəcəli xəsarətlər alıb.

ÜST rəhbəri qeyd edib ki, bu faciə ilə birlikdə Sudan münaqişəsidövründə səhiyyə obyektlərinə yönəlmiş hücumlar nəticəsindəhəyatını itirənlərin sayı 2 000-i ötüb. O vurğulayıb ki, təxminənüç ildir davam edən qarşıdurma ərzində, Əl-Deyn hadisəsi də daxilolmaqla, tibb müəssisələrinə qarşı həyata keçirilmiş 213 hücumdaümumilikdə 2 036 ölüm faktı qeydə alınıb.

Bundan əlavə, o, Sudan müharibəsi zamanı səhiyyə obyektlərinəedilən hücumlarda 720-dən çox insanın yaralandığını da diqqətəçatdırıb.

Chosen
113
1
az.trend.az

2Sources