EN

İsrailin Arad şəhərinə endirilən raket zərbəsində yaralananların sayı 88 ə çatıb YENİLƏNİB

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

İsrailin cənubundakı Arad şəhərinin raket atəşinə tutulması nəticəsində azı 88 nəfər xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Magen David Adom" milli təcili tibbi yardım xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Xəstəxanalara 88 zərərçəkmiş göndərilib, onlardan 10-u ağır vəziyyətdədir, 19-u orta ağır, 55-i isə yüngül yaralıdır", - məlumatda deyilir.

"Yaralıların təxliyəsi üçün helikopterlər cəlb edilib", - deyə İsrailin 12-ci kanalı qeyd edib.

"HHM (Hava hücumundan müdafiə - red.) sistemləri işlək vəziyyətdə olub, lakin raketi ələ keçirməyib. Biz insidenti araşdıracaq və ondan dərslər çıxaracağıq", - telekanal İsrail Müdafiə Qüvvələrinin adı açıqlanmayan nümayəndəsinin sözlərindən sitat gətirib.

"Zərbələr nəticəsində azı doqquz bina zədələnib, onlardan bəziləri çökə bilər", - KİV-də vurğulanıb.

*** 01:37

İsrailin cənubunda yerləşən Arad şəhərinin yaşayış məhəlləsinə İran raketinin zərbəsi nəticəsində azı 42 nəfər xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Magen David Adom" milli təcili tibbi yardım xidmətinə istinadən yerli "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir, daha 12 nəfər isə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nəşr bildirib ki, mərmi yaşayış binalarının arasındakı açıq əraziyə düşüb.

İsrail Müdafiə Qüvvələri (İMQ) qeyd edib ki, raket, Dimonaya endirilən zərbədə olduğu kimi, kaset döyüş başlığı ilə təchiz edilməyib, hazırda hərbçilər ələkeçirmə sisteminin onu niyə zərərsizləşdirə bilmədiyini araşdırırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
1
baku.ws

10Sources