EN

Fidan: Ərəb ölkələri İrana son xəbərdarlığını göndərib

BAKI, 22 mart. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ərəb ölkələri ərazilərinə edilən zərbələrlə bağlı İrana son xəbərdarlıq göndəriblər.

Teleqraf xəbər verir ki, bu barədə Hakan Fidan açıqlama verib.

Onun sözlərinə görə, hazırda intensiv hücumlara məruz qalan Fars körfəzi ölkələri İrandan onların ərazilərinin niyə hədəfə alındığını soruşur. Həmin dövlətlər bildirirlər ki, bu münaqişədə iştirak etmirlər.

Fidan qeyd edib ki, Fars körfəzi ölkələri mövcud vəziyyət davam edərsə, cavab tədbirləri görmək məcburiyyətində qalacaqlarını açıqlayıblar. O əlavə edib ki, Ər-Riyadda keçirilən görüş də bu məsələ ilə bağlı İrana yönəlmiş son xəbərdarlıq kimi qiymətləndirilib və son dövrlərdə baş verən intensiv hücumlar risklərin artmasına səbəb olub.

Nazir həmçinin vurğulayıb ki, Ankara regionun uzunmüddətli müharibəyə cəlb olunmasını istəmir və buna görə də münaqişənin nizamlanması üçün diplomatik əsasın hazırlanmasını davam etdirir.

Chosen
134
teleqraf.com

1Sources