EN

Britaniyanın nüvə sualtı qayığı Ərəb dənizindədir

Britaniya Hərbi Dəniz Qüvvələrinin “HMS Anson” nüvə sualtı qayığı Ərəbistan dənizinin şimalındadır.

Publika.az xəbər verir ki, bu barədə "The Mail on Sunday" qəzeti hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, sualtı qayıq Avstraliya və ABŞ arasında AUKUS üçtərəfli müdafiə tərəfdaşlığı çərçivəsində fevral ayında çatdığı Avstraliyanın Pert şəhərindən martın 6-da yola düşüb. Qeyd olunur ki, zərurət yaranarsa, sualtı qayıq ABŞ-ın İrana qarşı hərbi əməliyyatında istifadə edilə bilər.

Chosen
72
10
publika.az

10Sources