EN

​Novruz yeməklərindən sonra necə sağlam qidalanaq?

Novruz süfrəsi bolluğu və rəngarəngliyi ilə seçilsə də, bayram günlərində ağır və kalorili qidaların çox qəbulu orqanizmə əlavə yük yarada bilər.Metbuat.az xəbər verir ki, mütəxəssislər bayramdan sonra qidalanma rejiminin tədricən normallaşdırılmasını tövsiyə edirlər. Həkimlərin sözlərinə görə, ilk növbədə yağlı və şirniyyat ağırlıqlı qidaların miqdarı azaldılmalı, daha çox yüngül və təbii məhsullara üstünlük verilməlidir. Xüsusilə tərəvəzlər, göyərtilər və mövsümi meyvələr həzm sisteminin bərpasına kömək edir.Eyni zamanda, gün ərzində kifayət qədər su içmək vacibdir. Bu, həm toksinlərin orqanizmdən çıxarılmasına, həm də maddələr mübadiləsinin sürətlənməsinə şərait yaradır.Qidalanma mütəxəssisləri fiziki aktivliyin də artırılmasını tövsiyə edir. Gündəlik gəzintilər və yüngül idman hərəkətləri qəbul edilən kalorilərin balanslaşdırılmasına kömək edir.

Bundan əlavə, qida qəbulu zamanı porsiyalara diqqət yetirmək və gec saatlarda yeməkdən çəkinmək sağlam həyat tərzinin qorunmasında mühüm rol oynayır.

Chosen
96
metbuat.az

1Sources