EN

Dar geyinən qızlara xəbərdarlıq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Dar geyimə üstünlük verən qadınlar üçün vacib xəbərdarlıq var. Bu vərdiş sağlamlıq baxımından ciddi problemlərə yol aça bilər.Demokrat.az-ın məlumatına görə Türkiyəli həkim Ecem Eren qeyd edir ki, dar şalvar və sintetik iç geyimlər vaginal infeksiyaların yaranması üçün əlverişli şərait formalaşdırır. Belə geyimlər intim nahiyədə təzyiq yaradır, hava dövranını azaldır və nəticədə nəmli, isti mühit əmələ gəlir. Bu isə bakteriya və göbələk infeksiyalarının artması üçün uyğun şərait sayılır.Həkimlərin sözlərinə görə, qadın orqanizmində vaginal mühit normal halda müəyyən bakteriyalar, xüsusilə “Lactobacillus” sayəsində qorunur. Bu bakteriyalar turşulu mühit yaradaraq zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Lakin dar geyim və uyğun olmayan materiallar bu tarazlığı poza, faydalı bakteriyaların azalmasına səbəb ola bilər.Qeyd olunur ki, infeksiyalar ildə dörd və daha çox dəfə təkrarlanarsa, bu, artıq qadının gündəlik həyatına, işinə, ailə münasibətlərinə və sosial aktivliyinə təsirsiz ötüşmür.

Ekspertlər əlavə edir ki, hormonal dəyişikliklər, hamiləlik, nizamsız antibiotik istifadəsi, düzgün aparılmayan gigiyena, zəif immunitet və Diabet kimi hallar da risk faktorları sırasındadır.Həkimlər qadınlara sintetik və dar geyimlərdən mümkün qədər uzaq durmağı, pambıq materiallara üstünlük verməyi, şəxsi gigiyenaya diqqət yetirməyi və narahatlıq yarandıqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
158
demokrat.az

1Sources