EN

Vitkoff: ABŞ-Ukrayna məsləhətləşmələri sülh razılaşmasına həsr olunu

ABŞ nümayəndə heyəti Floridada Ukrayna nümayəndələri ilə münaqişənin həlli üçün vacib məsələlər üzrə konstruktiv məsləhətləşmələr aparıb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff bildirib.

Qeyd edib ki, görüşlər davam edən vasitəçilik səylərinin bir hissəsi olub və həll olunmamış məsələlərin aydınlaşdırılması, eləcə də hərtərəfli sülh razılaşmasına yaxınlaşmaq məqsədini daşıyıb. O əlavə edib ki, bu təmaslar qlobal sabitlik baxımından əhəmiyyətlidir.

Məsləhətləşmələrdə ABŞ tərəfdən Vitkoffla birlikdə Cared Kuşner, Coş Qruenbaum və Kris Kurran də iştirak edib.

Chosen
88
3
apa.az

4Sources