EN

Trampdan şok açıqlama: “İran bitib, razılaşmaq istəyirlər, amma...”

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlama ilə diqqətləri yenidən üzərinə çəkib.

Musavat.com xəbər verir ki, Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarda hədəflərinə çatdığını və prosesin əvvəlcədən planlaşdırıldığını bildirib.

Prezident iddia edib ki, İranın siyasi və hərbi rəhbərliyi artıq sıradan çıxıb, ölkənin donanması və hava qüvvələri məhv edilib, müdafiə imkanları isə demək olar ki, qalmayıb. Onun sözlərinə görə, Tehran hazırda razılaşmaya can atır, lakin özü bu mərhələdə belə bir addıma maraq göstərmir.

Tramp həmçinin amerikalı jurnalist Devid Sangeri və The New York Times qəzetini sərt tənqid edərək onların məlumatlarını “səriştəsiz və yanlış” adlandırıb. O vurğulayıb ki, ABŞ planlaşdırılan qrafikdən həftələr qabaqdadır və əməliyyatlar gözləniləndən daha sürətlə irəliləyir.

Musavat.com

Chosen
92
50
musavat.com

10Sources