EN

İtaliyada məhkəmə islahatı ilə bağlı referendum keçirilir

Bakı. Trend:

İtaliyada konstitusiyaya dəyişiklikləri nəzərdə tutan məhkəməsisteminin islahatı ilə bağlı ümumxalq referendum keçiriləcək.

Trend xəbər verirki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səsvermə martın 22-də başlayacaq və martın 23-dək (Moskva vaxtıilə saat 17:00-a qədər) davam edəcək.

Təxminən 45 milyon seçici təklif olunan islahatla razıolub-olmadıqlarını bildirmək üçün səsvermədə iştirak edəcək.Qərarın qəbul edilməsi üçün sadə səs çoxluğu kifayətdir, kvorumtələbi yoxdur.

Qeyd olunur ki, referendumda müzakirəyə çıxarılan məsələ texnikixarakter daşıyır. İslahat məhkəmə və istintaq sistemininstrukturunda dəyişiklikləri əhatə edir.

Xüsusilə, hakimlərin, o cümlədən Ali Magistratura Şurasına təyinolunma qaydaları, eləcə də hakim və prokurorların karyera keçidləriilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.

İslahat İtaliyanın Baş naziri Corcina Meloninin rəhbərlik etdiyimərkəz-sağ hökumət tərəfindən hazırlanaraq hakim koalisiyatərəfindən dəstəklənib.

Chosen
110
az.trend.az

1Sources