EN

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib

Bakı. Trend:

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasındadanışıqların növbəti raundu baş tutub.

Trend xəbər verirki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X"sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün Floridada davam edən vasitəçilik səyləri çərçivəsindəkonstruktiv görüşlər keçirilib. Danışıqlar hərtərəfli sülhsazişinin bağlanmasına yaxınlaşmaq məqsədilə həll olunmamışməsələlərin nizamlanmasına yönəlib”, – deyə o qeyd edib.

Uitkoffun sözlərinə görə, nümayəndə heyətinə ondan başqaprezidentin kürəkəni Cared Kuşner, Ağ Evin baş məsləhətçisi CoşQruenbaum, həmçinin ABŞ Dövlət Departamentinin baş siyasiməsləhətçisi Kris Karran daxil olub.

“Biz həll olunmamış məsələlərin həlli məqsədilə qarşılıqlıfəaliyyətin davam etdirilməsini alqışlayırıq”, – deyə Uitkoff əlavəedib.

Chosen
78
az.trend.az

1Sources