EN

Ukrayna və ABŞ danışıqları martın 22-də davam edəcək - Zelenski

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Mayami şəhərində keçirilən görüş başa çatıb, danışıqlar martın 22-də davam etdiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə məlumat verib. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dadır və ilk görüş baş tutub.

ABŞ tərəfini Stiv Vitkoff və Cared Kuşner təmsil edir. “Komandalar sabah ünsiyyəti davam etdirəcəklər”, – deyə Zelenski qeyd edib.

Prezident daha əvvəl bildirib ki, səfər çərçivəsində Ukrayna tərəfi ABŞ və Rusiya ilə planlaşdırılan üçtərəfli görüşün dəqiq tarixlərini müəyyənləşdirməyə çalışır.

Zelenski vurğulayıb ki, ABŞ-la sıx dialoq vacibdir. O, xüsusilə Rusiyanın enerji sektoruna qarşı tətbiq edilən sanksiyaların mümkün ləğvi ilə bağlı risklərə diqqət çəkib.

Onun sözlərinə görə, tərəflər münaqişənin başa çatdırılması, təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpası ilə bağlı sənədlər üzərində işi davam etdirirlər.

Chosen
59
unikal.az

1Sources