Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Mayami şəhərində keçirilən görüş başa çatıb, danışıqlar martın 22-də davam etdiriləcək.Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımladığı axşam videomüraciətində məlumat verib. O bildirib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dadır və ilk görüş baş tutub. ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir. “Komandalar sabah ünsiyyəti davam etdirəcəklər”, – deyə Zelenski qeyd edib.