EN

İranın İsraili atəşə tutması nəticəsində 39 nəfər yaralanıb

BAKI, 21 mart. TELEQRAF

İsrailin cənubundakı Dimona şəhərinə raket atəşi nəticəsində azı 39 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Zərərçəkənlər arasında vəziyyəti ağır olan bir uşaq da var.

Dimona şəhəri İsrailin cənubundakı Negev səhrasında yerləşir və ölkənin milli nüvə tədqiqat mərkəzi orada yerləşir.

Chosen
69
2
teleqraf.com

3Sources