Oğuz rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a verilən məlumata görə, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.