EN

MKİ və Mossad çaşqınlıqda: İranın yeni lideri yoxa çıxıb

Novruz şənlikləri zamanı İranın yeni ali lideri Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması ciddi suallar doğurub.

Musavat.com xəbər verir ki, ABŞ və İsrail kəşfiyyat orqanları bu hadisəni diqqətlə izləsə də, gözlənilən çıxış baş tutmayıb.

Məlumat "Axios" nəşrinə istinadən yayılıb. ABŞ rəsmisinin sözlərinə görə, MKİ və Mossad xüsusilə diqqətlə izləyib ki, Müctəba atasının ənənəsini davam etdirərək çıxış edəcəkmi. Lakin onun görünməməsi Vaşinqtonda “ciddi xəbərdarlıq əlaməti” kimi qiymətləndirilib.

Məlumata görə, ABŞ və İsrail tərəfi Müctəbanın sağ olduğunu göstərən kəşfiyyat məlumatlarına malikdir. Bununla belə, Tehranda real hakimiyyətin kimdə olduğu hələ də qaranlıq qalır. ABŞ rəsmisi bildirib ki, iranlıların ölü bir şəxsi ali lider seçməsi inandırıcı görünmür, amma eyni zamanda onun faktiki olaraq ölkəyə rəhbərlik etdiyini təsdiqləyən konkret sübutlar da yoxdur.

Ekspertlər isə vəziyyətin daha mürəkkəb olduğunu deyirlər. Tel-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran proqramının rəhbəri Raz Zimt qeyd edib ki, Müctəbanın mümkün zədələri və təhlükəsizlik riskləri onun açıq şəkildə fəaliyyət göstərməsinə mane ola bilər. Onun sözlərinə görə, hazırkı şəraitdə Müctəbanın ictimaiyyət qarşısına çıxmaması təəccüblü deyil və hətta vəziyyətinin gizli saxlanılması üçün videomüraciətlərin belə yayımlanmaması mümkündür.

Eyni zamanda, ABŞ və İsrail kəşfiyyatının onun harada olduğunu müəyyən edə bilmədiyi bildirilir. Bütün bu qeyri-müəyyənlik fonunda belə bir ehtimal irəli sürülür ki, Müctəba İranı kölgədən idarə edir.

Musavat.com

Chosen
101
1
musavat.com

2Sources