EN

Pasinyan bunu da etdi - ll Qaregenin Gürcüstana getməsinə icazə vermədi

Ermənistanın baş naziri Nikol Pasinyanla baş katolikos II Qareginin münasibətləri daha dramatik xarakter alıb. Məsələ burasındadır ki, erməni baş nazir baş keşişi Gürcüstana getməyə qoymayır.

Məlumata görə, Gürcü Pravoslav Kilsəsi tərəfindən Gürcüstanın Patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün II Qareginə rəsmi dəvət göndərilib. Dəfn mərasimi martın 22-də keçiriləcək.

Bu məqsədlə katolikosun qısa müddətə ölkədən çıxmasına icazə verilməsi üçün vəkil Ara Zohrabyan tərəfindən müvafiq müraciət təqdim olunub. Lakin istintaq orqanı bu vəsatəti təmin etməyib.

Mətləb

Chosen
71
sia.az

1Sources