İngiltərənin “Milluol” klubu ev stadionu olan “Din” arenasının 999 illik icarəsi ilə bağlı razılaşma əldə edib.
Publika.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubdan bildirilib ki, Luishem şəhər şurası ilə bütün hüquqi sənədlər rəsmi şəkildə imzalanıb və bu addım “Milluol”un gələcəkdə uzunmüddətli sabitliyini təmin edəcək.
“Klub və Luishem şəhər şurası “Milluol”a “Din” stadionu və ətraf ərazilərin 999 illik yeni icarəsini təmin edən bütün hüquqi sənədlərin imzalanmasını tamamlayıb. Bu əlamətdar razılaşma uzunmüddətli sabitliyi təmin edir, klubun tarixi ev stadionunu qoruyur və ambisiyalı, davamlı inkişaf üçün zəmin yaradır” – deyə açıqlamada qeyd olunur.