EN

“Klon” serialının məşhur aktyoru vəfat etdi - FOTO

Braziliyalı aktyor, rejissor və dramaturq Juca de Oliveira 91 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki,  aktyor martın 21-i səhər saatlarında dünyasını dəyişib. O, martın 13-dən São Paulo şəhərində yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsində müalicə alırdı.

Bildirilir ki, Juka de Oliveyranın vəziyyəti ürək problemləri fonunda yaranan pnevmoniya səbəbindən ağırlaşıb.

Tamaşaçılar onu xüsusilə məşhur O Clone (“Klon”) və Avenida Brasil (“Braziliya prospekti”) seriallarındakı yaddaqalan rolları ilə tanıyırdı.

 


Telegram kanalımız
Chosen
103
3
yenisabah.az

6Sources