EN

Sabah 19° isti olacaq » AzadMedia.az


Martın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Chosen
114
49
azadmedia.az

10Sources