Ajans.az xəbər verir ki, qəza rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, Kamal Quliyevin idarə etdiyi “Opel” markalı avtomobil idarəetmədən çıxaraq çaya düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır./Unikal