EN

Suraxanıda 36 yaşlı Pərvanənin qətlə yetirilməsinin TƏFƏRRÜATI VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Martın 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsində 36 yaşlı qadın qətlə yetirilib.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova həyat yoldaşı Vasif Abbasov tərəfindən öldürülməsi barədə şübhələr müəyyən edilib . P.Abbasova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Suraxanıda 36 yaşlı Pərvanənin qətlə yetirilməsinin TƏFƏRRÜATI - VİDEO

Qeyd edək ki, iki uşaq anası olan Pərvanə Abbasova yaxınlıqdakı 118 nömrəli məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərib.

Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o, illərdir həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb, hətta dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə V.Abbasov onu qətlə yetirib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

09:49

Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü müəllim kimi çalışan Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

"İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun həyat yoldaşı Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
132
1
oxu.az

2Sources