Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Uzun və sağlam ömür üçün bəzi məhsulların müntəzəm qəbulu tövsiyə olunur.
Bu məhdullar həm immun sistemini gücləndirir, həm də həyat fəaliyyətinə çox müsbət təsirlər edir.
BAKU.WS xəbər verir ki, sözügedən məhsullar aşağıdakılardır:
1. Yaşıl tərəvəzlər – ispanaq, brokoli, kələm və digər yaşıl tərəvəzlər lif və antioksidantlarla zəngindir. Hüceyrələri qoruyur, immuniteti gücləndirir və ürək-damar sağlamlığını dəstəkləyir.
2. Qoz-fındıq və badam – sağlam yağlar və vitaminlərlə dolu olan bu qidalar ürək üçün faydalıdır, uzunömürlülük potensialını artırır və qan şəkərini tənzimləməyə kömək edir.
3. Yağlı balıqlar – somon, sardina və digər omega-3 zəngin balıqlar iltihabı azaldır, beyin və ürək sağlamlığını dəstəkləyir.
Mütəxəssislər vurğulayır ki, bu məhsulları gündəlik qidalanmaya əlavə etmək ömrü uzatmaq və sağlamlığı qorumaqda əhəmiyyətli rol oynayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.